Dünən Türkiyə kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Qaziantepspor”, “Bucaspor” və “Ankaragücü” qrup mərhələsinə inamlı qələbə ilə başlayıb. Superliqanın 9-cu turunda səfərdə “Qalatasaray”ı üstələyən “Ankaragücü” bu dəfə kubok uğrunda yarışlarda “Fənərbaxça”nı eyni hesabla məğlub edib. 28 ildir ki, adı çəkilən kuboka həsrət olan “Fənərbaxça” isə bu məğlubiyyətlə yarışa xalsız başlamağa məcbur olub. Kubokun hesabat turunun növbəti oyunları isə bu gün və sabah keçiriləcək.
Türkiyə kuboku
Qrup mərhələsi
9 noyabr
“Antalyaspor” – “Qaziantepspor” – 1:3
Qollar: Ciehua, 19 – De Souza, 58. Popov, 78-pen. Arı, 90.
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü Ncok qırmızı vərəqə ilə cəzalandırılıb.
“Bucaspor” – “Yeni Malatyaspor” – 2:1
Qollar: Aktaş, 13. Gevik, 58 – Ağdoğan, 20-pen.
Matçın 4-cü dəqiqəsində “Bucaspor”un futbolçusu Özmen qırmızı vərəqə alıb.
“Ankaragücü” – “Fənərbaxça” – 4:2
Qollar: Raynoç, 48. Şestak, 76. Gönül, 85-öz qapısına. Söyləməzgillər, 90 – Semih, 12. Dos Santos, 90.
10 noyabr
15:00. “Konya Şəkərspor” – “Manisaspor”
21:00. “Bursaspor” -“Kirikxanspor”
22:00. “Qalatasaray” – “Dənizlispor”
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu