Ötən ilin oktyabr ayı ilə müqayisədə Rusiyada milli komandasının çıxışlarına tamaşaçı marağı iki dəfə azalıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərin araşdırmasına əsasən məlum olub ki, bu il avrokuboklarda rus klublarının oyununa baxanların sayı millinin matçlarını izləyənlərdən daha çox olub.
Mətbuat ötənilki reytinqin indikindən yüksək olmasını Rusiya millisinin 2009-cu ilin oktyabrında dünya çempionatının final mərhələsinə düşmək şansının çox olması ilə əlaqələndirib. «Ötən il keçirilən Rusiya - Almaniya oyununu Rusiyanın 46 milyon vətəndaşı televiziziya vasitəsilə izləyib. Azərbaycanla Bakıdakı qarşılaşmaya isə mavi ekranlardan 23,5 milyon rusiyalı baxmışdı. Bu il isə Rusiya milli komandasının oyunlarına maraq xeyli dərəcədə azalıb. Bundan başqa, Rusiya millisinin iştirakı ilə keçirilən rəsmi oyunlara baxanları sayı avrokuboklardakı matçları izləyənlərin sayından az olub» - deyə rusiyalı jurnalistlərin araşdırmasında bildirilir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı