“Qarabağ” Unibank Premyer Liqasının son turunda MOİK-i 3:0 hesabıyla keçərkən millimizin də şərəfini qoruyan gənc hücumçu Rauf Əliyev dubla imza atmaqla, qələbədə böyük pay sahibi oldu. 21 yaşlı forvard cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırmaqla yanaşı, milli çempionatda ilk dəfə dubla sevindi. Düzdür, buna qədər Rauf bir dəfə dubl etsə də bu, 2007-2008 mövsümündə 19 yaşında “İnter”lə kubok mücadiləsinə təsadüf etmişdi. Ötən mövsüm 5 qola imza atan Rauf cari mövsüm daha uzağa getməyi planlaşdırır. 21 yaşlı milli üzvü bu haqda klubun rəsmi saytına maraqlı açıqlama verib: “Son turda ilk dəfə Premyer Liqada dubl etdim. Hətta het-trik etmək imkanım da oldu. İnanıram ki, getdicə daha qol vuracağam. Ötən mövsümlə müqayisədə indi meydana daha çox çıxıram. Qurban müəllimin mənə inanması məni daha da yaxşı oynamağa kökləyir. İnşallah, bu il hədəfim ən azı 10 qol vurmaqdır. Təbii ki, ilk növbədə “Qarabağ”ın uğuru daha önəmlidir. Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı