Santuş "The Best" seçimində Ronaldoya səs verməyib

Santuş "The Best" seçimində Ronaldoya səs verməyib
DÜNYA FUTBOLU 18 Yanvar 2022 / 18:48 2434
-  A +

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş FİFA-nın "The Best" mükafatlandırılması üçün səs verərkən yığmanın kapitanı Kriştiano Ronaldonu üçlükdə görməyib.

Qol.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər arasında keçirilən sorğuda iştirak edən çalışdırıcı "Çelsi"nin yarımmüdafiəçisi Nqole Kanteni birinci yerə layiq bilib və ona 5 xal verib.

67 yaşlı mütəxəssis "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyoya 3, "Bavariya"nın polşalı hücumçusu Robert Levandovskiyə isə 1 xal verib.

Xatırladaq ki, "The Best" mükafatını Levandovski qazanıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı