İsveçdə futbol üzrə yeni ölkə çempionu müəyyənləşib. Qol.Az-ın məlumatına görə, cari çempionatın qalibi “Malmö”. Adı çəkilən klub 6 illik fasilədən sonra bü mükafata yiyələnib. Son çempionluğunu 2004-cü ildə qazanmış “Malmö bununla da 16-cı çempionluğunu rəsmiləşdirib. Liqanın sonuncu – 30-cu turunda doğma azarkeşlər qarşısında “Myalbü” ilə qarşılaşan “Malmö” matçı qələbə ilə başa vurub – 2:0. Onun əsas rəqibi, eyni xala malik olan “Helsinborq” isə doğma azarkeşlər qarşısında rəqibin müqavimətini qıra bilməyib və 65 xalla ikinci pillədə qərarlaşıb. Qazanılmış qələbədən sonra hesabındakı xalları 67-yə yüksəldən “Malmö” isə bu nəticədən sonra çempionluğunu bayram edib. Xatırladaq ki, adı çəkilən komanda turnir ərzində 21 qələbə qazanıb. Bununla yanaşı 4 dəfə heç-heçəylə barışmalı olan çempion 5 dəfə də məğlubiyyət acısı dadıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı