"Sumqayıt"ın təklifindən yararlanmamaq günah olardı" - Aleksey Baqa

"Sumqayıt"ın təklifindən yararlanmamaq günah olardı" - Aleksey Baqa
ÖLKƏ FUTBOLU 17 Yanvar 2022 / 11:56 2678
-  A +

"Bu, ən konkret təklif idi. Çünki digər bəzi söz-söhbətlər havada idi. “Sumqayıt” rəhbərliyi ilə görüşəndən sonra başa düşdüm ki, böyük layihədir və futbolda da, həyatda da çox şeyə eyni şəkildə baxırıq".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa Belarusun STV telekanalına müsahibəsində deyib.

42 yaşlı mütəxəssis "Sumqayıt"a gəlişi haqda danışarkən klub rəhbərliyinin onun qarşısına böyük şərt qoymadığını bildirib: "Belə bir maraq olduğundan, bu təklifdən yararlanmamaq günah olardı. Bu komandadan 8 nəfər milliyə çağırılıb. Yəni işləmək üçün yaxşı material və maraqlı çempionat var.

Uzunmüddətli müqavilə imzalandı. İz buraxmaq üçün burada mümkün qədər uzun müddət məhsuldar işləmək istəyirəm. Hər gün çox çalışmağı, fayda verməyi, futbolçulara yeni nəsə öyrətməyi qarşıma məqsəd qoydum. Mövsümün ilk yarısında çox xallar itirilib. Heç kim ilk “üçlüy”ə düşmə vəzifəsi qoymayıb. Hər şeyə real yanaşırıq.

Belaruslu mütəxəssis "Sumqayıt"ın hazırda turnir cədvəlinin 7-cu pilləsində olmasından qorxmadığını bildirib: "Futbolçularla və məşqçilər korpusu ilə danışmışam. Hər şeydən əvvəl psixoloji durumdur. Çempionatda üçüncü yeri tutub, avrokuboklarda iştirak edib, milliyə çağırıldıqdan sonra iki ayda futbol oynamağı unutmaq mümkün deyil. Vəziyyət yəqin ki, hər kəs üçün başa düşüləndir. Ona görə də psixoloji məqam daha önəmlidir". 

Aleksey Baqa “Sumqayıt”dakı qazancı barədə danışmaq istəməyib: "Burada maddi baxımdan kosmik nəsə yoxdur. Müqavilə iki il yarımlıq imzalanıb. Bununla maraqlanan hər kəsi əmin etmək istəyirəm ki, şərtlərdə qeyri-adi heç nə yoxdur. İlk növbədə layihə, tapşırıqlar dinlənilib".

Aleksey Baqa "Azərbaycanda nə maraqlıdır?" sualını isə belə cavablandırıb: "Nədənsə təəccübləndiyimi söyləməyim düzgün çıxmaz. Ancaq onu deməliyəm ki, insanlardan istər klubda, istərsə də stadionda xoş münasibət var. Bu da gözəl hissdir".

Daha çox


Son xəbərlər