Türkiyə Superliqasının dünən keçirilən “Beşiktaş” – “Kasımpaşa” oyunundan sonra ilginc hadisə olub. “Kasımpaşa”nın baş məşqçisi Yılmaz Vural oyunun baş hakimi Bülənt Yıldırımın əlini öpüb. Təcrübəli məşqçi daha sonra jurnalistlərlə görüşündə hərəkətinə aydınlıq gətirib: “Mən onun yanağını öpəcəkdim, əlini tapdım. Onlar bizim qardaşlarımızdı, oyun bitib və olan da olub. Oyunun nəticəsinə görə hakimləri təbrik etmək istəyirdim. Əlini qaldırdığına görə əlini öpmək məcburiyyətində qaldım. Bizim hakimlərimiz əli öpüləsi adamlardır”.
Qeyd edək ki, oyun “Beşiktaş”ın meydanında keçirilib və 1:1 hesablı bərabərlik qeydə alınıb. “Beşiktaş” məğlubiyyətdən son anda qurtulub. Oyunda xeyli hakim xətaları da baş verib. Bütün bunlara etirazını bildirən Yılmaz Vural kinayə etməkdən başqa yol tapmayıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı