Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun oyunlarında baş verən olaylara da hüquqi qiymət verilib. Qol.Az-ın məlumatına görə, müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
“Göyəzən” – “Ədliyyə” matçının 90+2-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Orxan Nuriyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şahdağ” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev hakimi təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Rəvan” – “Neftçi” İSM matçının 64-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Kamil Qafarov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı