Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının 12-ci turunun “Gəncə” – “Bakı” matçın 75-ci dəqiqəsində “Gəncə”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevlə “Qəbələ” klubunun azarkeşləri arasında oyun boyu qısa dialoqlar baş verib. Lakin “Xəzər Lənkəran” klubu və futbolçu baş vermiş hadisəyə görə “Qəbələ” azarkeşlərindən üzr istəyib. Yuxarıda göstərilənləri və Elnur Allahverdiyevin baş vermiş hadisədən peşman olduğunu nəzərə alaraq futbolçuya ciddi xəbərdarlıq edilib. Analoji hadisə futbolçu tərəfindən təkrarlanacağı təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı