«Azərbaycanda olduğumuzdan çox məmnunuq. Səfərdə əsas məqsədimiz ölkənizdəki infrastrukturla və azərbaycanlı həmkarlarımızın iş təcrübəsi ilə tanış olmaqdır. Burada təcrübəli insanlarla tanış olduq. Sizlərdən öyrənəcəyimiz çox şeylərin olduğunu düşünürük». Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri UEFA-nın Bakıda keçirilmiş «Azərbaycanda Kütləvi Futbol» mövzusunda seminarında iştirak edən Latviya Futbol Federasiyasının nümayəndəsi İqor Klosovs deyib. “Azərbaycanda olduğu kimi, Latviyada da futbol sahəsində inkişaf nəzərəçarpandır. İnfrastruktur baxımından siz bir çox ölkələrə nümunə ola bilərsiniz. Ölkəmiz Şimalda yerləşdiyi üçün biz kütləvi futbolla əlaqədar tədbirləri yaz və yay aylarında keçiririk. Kütləvi futbolun inkişafı ilə bağlı bir çox layihələrimiz var. Məsələn, regionlarda məktəbli çempionatı təşkil edirik. Hər regionda qalib gələn iki komanda Riqada keçirilən final mərhələsində fəxri kürsünün ən yüksək pilləsi üçün mübarizə aparır».
Serbiya Futbol Federasiyasının Kütləvi Futbol departamentinin rəhbəri İqor Yankoviç bu seminarın onlar üçün faydalı olduğunu düşündüyünü söyləyib: “Başqa federasiyalardan olan həmkarlarımızla görüşdüyümüz üçün məmnun olduq. Düşünürəm ki, Azərbaycandakı infrasturukturla tanış olmaq bizə təcrübə baxımından çox faydalı olacaq. Sizin federasiya futbolun inkşafı üçün xeyli layihələr həyata keçirməkdədir. Bu işlərdə UEFA-nın dəstəyini də unutmamalıyıq. UEFA kütləvi futbolun inkişafı üçün xeyli tədbirlər həyata keçirir. Düşünürəm ki, tez bir zamanda bunun bəhrəsini görəcəyik».
Macarıstan nümayəndə heyətinin rəhbəri Tibor Oze bildirib ki, bu, onların qrupunun iştirak etdiyi 6-cı seminar olub: “Düşünürəm ki, digərləri ilə müqayisədə Azərbaycanda təşkil olunan seminar ən yaxşısıdır. Bu səbəbdən AFFA-ya minnətdarlığımızı bildiririk. Futbolunuzda diqqətimizi çəkən ən başlıca amil aşağı yaş qrupunda yer alan milli komandalarınızda regionlardan futbolçuların olmasıdır. Əlbəttə, bu da regionlarda futbolun inkişafı anlamına gəlir.
Bu, kütləvi futbolun inkişafının başlıca nümunəsidir. Macarıstanda kütləvi futbolla əlaqədar layihələr 2007-ci ildən həyata keçirilir. Ölkəmizdə yeniyetmələrlə yanaşı, 60 yaşdan yuxarı veteranlar və əlillər arasında da müxtəlif turnirlər və tədbirlər təşkil olunur. Macarıstanda 15 yaşadək qızlar arasında ölkə çempionatı keçirilir. Bundan başqa, universitetlər arasında da çempionatlar təşkil olunur».
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir