Bu gündən etibarən “Qarabağ” növbəti turun hazırlığına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cümə günü MOİK-lə qarşılaşan komanda həftəsonu istirahət edib. Bu gündən isə “Qarabağ”`”Bakı”yla oyunun hazırlıqlarına start verib. “Bu gün komandamız trenajor zalında ilk məşqini edib. Amma komandamız hazırlıqlara tam heyətlə davam edə bilmir. Məlum olduğu kimi, 5 futbolçumuzun millinin düşərgəsinə yola düşüb. Üstəlik 5 futbolçumuz da zədə səbəbindən komandadan ayrı düşüb. Belə də komandamızın düşərgəsində 12 futbolçu qalıb” – deyə klubun rəsmi saytının məlumatında deyilir.
Zədəlilərdən Emin İmaməliyev artıq məşqlərə başlayıb. Andrey Rubinsin hazır olmasına isə ən azı 10 gün lazımdır. “Qarabağ”ın sabah 2 məşqi nəzərdə tutulub. Səhər məşqi Zabrat qəsəbə stadionunda, ikinci məşq isə İdman Akademiyasının stadionunda baş tutacaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı