Almaniya Bundesliqasında 11-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun ilk günündə baş tutan açılış matçında “Şalke” doğma meydanda “Sankt Pauli”ni qəbul edib. Komandaya mövsümün əvvəlində transfer edilmiş Raulun effektli oyunu ilə oyunun əvvəllərində hesabda önə keçən “Şalke” ikinci hissədə daha iki qol vuraraq azarkeşlərinə asan qələbə sevinci bəxş edib. 11-cu tur dünən keçirilən matçlarla davam edib. Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Maynts” ardıcıl ikinci məğlubiyyətini alıb. “Ayntraxt” doğma meydanda qələbə qazanaraq 3-cü pilləyə yüksəlib. “Bavariya” isə səfərdə autsayderi məğlub edə bilməyib. Turun digər oyunları bu gün və sabah keçiriləcək.
Almaniya Bundesliqası
11-ci tur
5 noyabr
“Şalke” – “Sankt Pauli” – 3:0
Qollar: Raul, 14. 81. Huntelaar, 54
6 noyabr
“Ayntraxt” – “Volfsburq” – 3:1
Qollar: Qekas, 26, 55-pen. Şveqler, 38 – Dejaqa, 66
“Frayburq”- “Maynts” – 1:0
Qol: Sisse, 64-pen
“Hamburq” – “Hoffenhaym” – 2:1
Qollar: Vesterman, 45. Petriç, 83 – Salihoviç, 6
“Borussiya” (Münhenqladbax) – “Bavariya” – 3:3
Qollar: Herman, 5. Reus, 56. De Kamarqo, 60 – M. Qomes, 11. Şvaynştayger, 40. Lam, 84
“Nürnberq” – “Köln” – 3:1
Qollar: Heqeler, 10. İlkay Gündoğan, 43. Şieber, 90 – Qeromel, 16
7 noyabr
18:30. “Hannover” – “Borussia” (Dortmund”
20:30. “Bayer” – “Kayzerslautern”
20:30. “Ştutqart” – “Verder”
| 1 | "Borussiya" D | 10 | 8 | 1 | 1 | 23-7 | 25 |
| 2 | "Maynts" | 11 | 8 | 0 | 3 | 19-11 | 24 |
| 3 | "Ayntraxt" | 11 | 6 | 1 | 4 | 20-11 | 19 |
| 4 | "Hoffenhaym" | 11 | 5 | 3 | 3 | 22-15 | 18 |
| 5 | "Bayer" | 10 | 5 | 3 | 2 | 19-15 | 18 |
| 6 | "Hamburq" | 11 | 5 | 3 | 3 | 17-15 | 18 |
| 7 | "Nyunberq" | 11 | 5 | 3 | 3 | 17-15 | 18 |
| 8 | "Frayburq" | 11 | 6 | 0 | 5 | 17-18 | 18 |
| 9 | "Bavariya" | 11 | 4 | 4 | 3 | 15-13 | 16 |
| 10 | "Hannover" | 10 | 5 | 1 | 4 | 13-16 | 16 |
| 11 | "Verder" | 10 | 4 | 2 | 4 | 19-21 | 14 |
| 12 | "Volfsburq" | 11 | 4 | 1 | 6 | 18-19 | 13 |
| 13 | "Sankt Pauli" | 11 | 4 | 1 | 6 | 12-18 | 13 |
| 14 | "Kayzerslautern" | 10 | 3 | 1 | 6 | 13-18 | 10 |
| 15 | "Şalke" | 11 | 2 | 3 | 6 | 13-17 | 9 |
| 16 | "Köln" | 11 | 2 | 2 | 7 | 13-22 | 8 |
| 17 | "Ştutqart" | 10 | 2 | 1 | 7 | 16-19 | 7 |
| 18 | "Borussiya" M | 11 | 1 | 4 | 6 | 17-33 | 7 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı