Futbol üzrə birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatında 9-cu turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun əksər qarşılaşmaları dünən - ilk oyun günündə baş tutub. “Ədliyyə” ilə “Karvan” səfərdə müvafiq olaraq “Göyəzən”lə “Şəmkir” üzərində eynihesablı qələbəyə (2:1) sevinib. “Sumqayıt” isə Qusar səfərindən minimal hesablı qələbəylə dönüb. Lider “Abşeron” isə bu dəfə “Şuşa” üzərində darmadağınla liderliyini qoruyub. “Bakılı” “Energetik” üzərində qələbə qazandığı halda, “MKT-Araz” da “Anşad Petrol”la çətin qarşılaşmada 3 xala sevinməyi bacarıb.
Qeyd edək ki, bu turun qapanış matçında “Rəvan” “Neftçi” İSM-i qəbul edəcək. Həmin oyun isə sabah baş tutacaq.
Birinci divizion
9-cu tur
6 noyabr (şənbə)
"Göyəzən" - "Ədliyyə" - 1:2
Qollar: Elgün Namazov, 76 - Pərviz Mustafayev, 37. Güləhməd Qədirov, 56.
"Abşeron" - "Şuşa" - 3:0
Qollar: Murad Ağakişiyev, 17; 90-pen. Azər Cabbarov, 45.
"Bakılı" - "Energetik" - 3:1
Qollar: Aqşin Ömərov, 21; 36. Samir Musayev, 49 - Kamran Lalayev, 55.
"Şahdağ" - "Sumqayıt" - 0:1
Qol: Əvəz Rəhimov, 81.
"Şəmkir" - "Karvan" - 1:2
Qollar: Ramil Ağayev, 35-öz qapısına. - Röyal Nəcəfov, 52; 70.
“MKT-Araz" - "Anşad Petrol" - 2:1
Qollar: Əfsər Əliyev, 43. Hüseyn Əliyev, 81-pen. - Ülvi Səfiyaroğlu, 23.
| 1 | Abşeron | 9 | 8 | 1 | 0 | 25-1 | 25 |
| 2 | "Rəvan" | 8 | 6 | 1 | 1 | 17-4 | 19 |
| 3 | MKT "Araz" | 9 | 5 | 1 | 3 | 12-11 | 16 |
| 4 | "Neftçi" İSM | 8 | 4 | 3 | 1 | 13-6 | 15 |
| 5 | "Şahdağ" | 9 | 4 | 3 | 2 | 16-8 | 15 |
| 6 | "Sumqayıt" | 9 | 4 | 3 | 2 | 13-12 | 15 |
| 7 | "Bakılı" | 8 | 4 | 1 | 3 | 12-12 | 13 |
| 8 | "Karvan" | 9 | 3 | 3 | 3 | 12-13 | 12 |
| 9 | "Ədliyyə" | 9 | 3 | 2 | 4 | 11-20 | 11 |
| 10 | "Anşad Petrol" | 8 | 2 | 3 | 3 | 13-12 | 9 |
| 11 | "Göyəzən" | 9 | 2 | 0 | 7 | 9-17 | 6 |
| 12 | "Energetik" | 9 | 1 | 3 | 5 | 6-20 | 6 |
| 13 | "Şuşa" | 9 | 1 | 2 | 6 | 5-18 | 5 |
| 14 | "Şəmkir" | 9 | 0 | 2 | 7 | 2-12 | 2 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi