«Xəzər Lənkəran» klubunun baş məşqçisi Mirça Rednik «Qəbələ»yə qarşı keçirilən oyundakı məğlubiyyətin səbəblərindən danışıb. Qol.Az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında M.Rednik çətin və bərabər səviyyəli oyun keçdiyini vurğulayıb. «Bu gün hücum xəttimiz istədiyimiz oyunu nümayiş etdirə bilmədi. Parksın zədələnib meydançanı tərk etməsi planlarımızı pozdu. Bundan sonra ümidimi digər hücumçumuz Xaqani Məmmədova bağladım. Amma təəssüf ki, bu futbolçu oyun praktikasının azlığından əziyyət çəkir, ona görə də fərqlənə bilmədi» - deyə o vurğulayıb.
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən səfərdə «Qəbələ»yə qarşı keçirilən oyunda «Xəzər Lənkəran» 0:1 hesabı ilə məğlub olub.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi