Almaniya Bundesliqasında 11-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun dünən gecə baş tutan açılış matçında “Şalke” doğma meydanda “Sankt Pauli”ni qəbul edib. Komandaya mövsümün əvvəlində transfer edilmiş Raulun effektli oyunu ilə matçın əvvəllərində hesabda önə keçən “Şalke” ikinci hissədə daha iki qol vuraraq azarkeşlərinə asan qələbə sevinci bəxş edib. Beş həftə sonra qələbə qazanan "Şalke" hesabındakı xalları 9-a yüksəldib və son pillələrdən az da olsa, uzaqlaşaraq 15-ci pillədə qərarlaşıb. Turun digər oyunları bu gün və sabah keçiriləcək.
Almaniya Bundesliqası
11-ci tur
5 noyabr
“Şalke” – “Sankt Pauli” – 3:0
Qollar: Raul, 14. 81. Huntelaar, 54
6 noyabr
18:30. “Ayntraxt” – “Volfsburq”
18:30. “Frayburq”- “Maynts”
18:30. “Hamburq” – “Hoffenhaym”
18:30. “Borussiya” (Münhenqladbax) – “Bavariya”
18:30. “Nürnberq” – “Köln”
7 noyabr
18:30. “Hannover” – “Borussia” (Dortmund”
20:30. “Bayer” – “Kayzerslautern”
20:30. “Ştutqart” – “Verder”
| 1 | "Borussiya" D | 10 | 8 | 1 | 1 | 23-7 | 25 |
| 2 | "Maynts" | 10 | 8 | 0 | 2 | 19-10 | 24 |
| 3 | "Hoffenhaym" | 10 | 5 | 3 | 2 | 21-13 | 18 |
| 4 | "Bayer" | 10 | 5 | 3 | 2 | 19-15 | 18 |
| 5 | "Aytraxt" | 10 | 5 | 1 | 4 | 17-10 | 16 |
| 6 | "Hannover" | 10 | 5 | 1 | 4 | 13-16 | 16 |
| 7 | "Bavariya" | 10 | 4 | 3 | 3 | 12-10 | 15 |
| 8 | "Hamburq" | 10 | 4 | 3 | 3 | 15-14 | 15 |
| 9 | "Nürnberq" | 10 | 4 | 3 | 3 | 14-14 | 15 |
| 10 | "Frayburq" | 10 | 5 | 0 | 5 | 16-18 | 15 |
| 11 | "Verder" | 10 | 4 | 2 | 4 | 19-21 | 14 |
| 12 | "Volfsburq" | 10 | 4 | 1 | 5 | 17-16 | 13 |
| 13 | "Sankt Pauli" | 11 | 4 | 1 | 6 | 12-18 | 13 |
| 14 | "Kayzerslautern" | 10 | 3 | 1 | 6 | 13-18 | 10 |
| 15 | "Şalke" | 11 | 2 | 3 | 6 | 13-17 | 9 |
| 16 | "Köln" | 10 | 2 | 2 | 6 | 12-19 | 8 |
| 17 | "Ştutqart" | 10 | 2 | 1 | 7 | 16-19 | 7 |
| 18 | "Borussiya" M | 10 | 1 | 3 | 6 | 14-30 | 6 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi