DÇ-2018-in ev sahibliyinə namizəd ölkələrdən olan İngiltərə FİFA-nın bu sahədə ədalətli seçim edəcəyinə inanmır. Qol.Az-ın məlumatına görə, İngiltərənin “YouGov” şirkətinin apardığı araşdırma ingilislərin FİFA-ya güvənmədiyini ortaya çıxarıb. Belə ki, şirkətin keçirdiyi səsverməyə qatılan insanlar “FİFA-nın ədalətli olacağı” sualına 72 faiz “yox”, 11 faiz “hə” deyərkən, 17 faizi də bitərəf qalıb. Daha sonra keçirilən sorğuda insanların 54 faizi “İngiltərənin DÇ-2018-in ev sahibliyini qazana biləcəyi” sualına “hə” deyərkən, 27 faizi “yox” deyib.
“İngiltərə DÇ-2018-ə ev sahibliyi etməyə layiqdirmi?” sualına qatılanların isə 48 faizi “hə” deyərkən, 27 faizi “yox” cavabını verib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi