"Mənə Gömrük Komitəsində iş verin" - Video

"Mənə Gömrük Komitəsində iş verin" - Video
VİDEO 30 Dekabr 2021 / 12:55 3918
-  A +

5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan karateçi Rafael Ağayev Bakı Baş Gömrük İdarəsində işlə təmin olunmaq istədiyini söyləyib.

Qol.az xəbər verir ki, “Youtube” da yayımlanan “Motivator Azerbaijan” layihəsinin qonağı olan idmançı atasının arzusunu yerinə yetirmək istədiyini bildirib:

“Narazı qaldığım bir məqam var. İstəyirəm ki, işlə təmin olunum. Artıq 36 yaşım var. Nə vaxt işə düzələcəm? Buradan məni müəllimlər izləyirlərsə, Bakı Baş Gömrük İdarəsində işlə təmin etsinlər. Karyera bir yerə qədərdir. Bu mənim istəyim yox, atamın arzusudur ki, dövlət işçisi olum. Bu "sistem" işi də ola bilər, fərqi yoxdur. Əsas məqsəd vətənimə xidmət etməkdir” (yenisabah.az).


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı