Bu gün AFFA-nın Futbol akademiyasında Lisenziyalaşdırma Qrupunun üzvləri Unibank Premyer Liqasında və birinci divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirib. Qol.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə Lisenziyalaşdırma Qrupunun rəhbər müavini İlqar Əliyev açaraq, Lisenziyalaşdırma layihəsinin rəhbəri Elxan Məmmədovun adından iştirakçıları salamlayıb və lisenziyalaşdırmanın vacibliyini, bu prosesin futbolun inkişafında oynadığı əhəmiyyətli rolunu xüsusi vurğulayıb. Tədbirdə 2010-2011-ci il lisenziyalaşma mövsümündə əldə olunan nəticələr barədə müzakirələr aparılıb. Sonra UEFA klub yarışlarında və Premyer Liqada iştirak etmək üçün 2011-2012-ci il lisenziyalaşma mövsümünün açılışı ilə bağlı ətraflı məlumat verilib, lisenziyalaşma prosesindəki yenilik və dəyişikliklər klub nümayəndələrinin diqqətinə çatdırılıb, lisenziyalaşma prosesinə xüsusi diqqətlə yanaşmaları ilə bağlı klublara tövsiyələr verilib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi