“Bordo” klubunda çıxış edən futbol üzrə Fransa milli komandasının kapitanı Alu Diarra ölkə çempionatı matçında hakimi itələdiyi üçün 6 oyunluq diskvalifikasiyaya məruz qalıb. Qol.Az-ın məlumatına görə, insident oktyabrın 16-da “Bordo”nun 1:0 hesabı ilə qalib gəldiyi “Oser”lə səfər qarşılaşmasında baş verib.
Həmin matçın ikinci yarısında Diarra meydançadan qovulub. Baş hakim Vilfrid Byan yarımmüdafiəçiyə sarı vərəqə göstərib. Fransalı oyunçu isə hakimin qərarı ilə razılaşmayıb. O, iki əli ilə Byanın sinəsindən itələyib. Bundan sonra referi Diarraya ikinci sarı vərəqə göstərərək, meydançadan kənarlaşdırıb.
Oktyabrın 21-də futbolçu müvəqqəti diskvalifikasiya edilib. Onun cəzalandırılması haqda yekun qərar noyabrın 4-də çıxarılıb. Diarra 6 oyunluq cəzanın 3-ünü “Brest” və “Monako” ilə ölkə çempionatı, “Sent-Etyen”lə isə Fransa Liqa Kuboku qarşılaşmalarında çəkib. (Lent.az)
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi