“Qalatasaray” klubu Azərbaycan bazarına milli komandamız 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Türkiyə üzərində 1:0 hesablı qələbə qazandıqdan sonra diqqət yönəltməyi qərara alıb. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” ölkəmizdəki gənc istedadları yetişdirmək və yoldaşlıq görüşlərində ciddi gəlir əldə etmək üçün “Neftçi” ilə əməkdaşlığa qərar verib.
Digər tərəfdən, azərbaycanlı yetkililərin sponsorluq məsələsində “Cim-Bom”la anlaşma əldə etmək istədiyi bildirilir. Qəzet yazır ki, əməkdaşlıqda məqsəd Türkiyə xaricində mühüm layihələri həyata keçirərək, klubun gələcəyinə lazımi səviyyədə təminat almaq və qısa müddətdə gəlir qazandıracaq fəaliyyətlərə qatılmaqdan ibarətdir.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə Lent.az-a açıqlamasında “Qalatasaray”a sponsorluq təklifindən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, iki klub arasında əməkdaşlıq maddi məsələlər üzərində qurulmayacaq. Bu baxımdan, Antalyada və Bakıda yoldaşlıq görüşünün təşkilinə dair ilkin razılıq qarşılığında Türkiyə klubuna pul ödənilməyəcək.
Qeyd edək ki, “Qalatasaray”ın idman direktoru Adnan Sezgin 3-4 noyabrda Bakıya səfər edib. O, səfər çərçivəsində “Neftçi” rəhbərliyi ilə görüşlər keçirib. İki klub arasında yoldaşlıq görüşünün keçirilməsi, flaqman futbolçularının və məşqçilərinin “Cim-Bom” düşərgəsində təcrübə toplamaları kimi məsələlərlə razılıq əldə olunub.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi