Ukraynanın paytaxtı Kiyevdə xüsusi olaraq, futbol üzrə 2012-ci il Avropa çempionatı üçün hazırlanmış loqotipinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın “Korrespondent.net”ə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfinin təqdim etdiyi loqotipdə günəbaxan tumu təsvir olunub.
Müəlliflərin fikrincə, bu, təşkilatçı ölkənin isti münasibətini və qonaqpərvərliyini tərənnüm etməlidir. Çiçək təsviri “Switch on Ukraine” (Ukraynanın işığını yandır”) yazısı ilə müşayiət olunur. Bu loqotip 300 namizəd arasından seçilib. Ukrayna baş nazirinin müavini, ölkənin qitə birinciliyinə məsul Boris Kolesnikov emblemi “kiçik biznesə hədiyyə” adlandırıb. Onun sözlərinə görə, Ukraynada istənilən sahibkar onu suvenir məhsul kimi istifadə edə bilər.
Qeyd edək ki, 2012-ci il Avropa çempionatı Polşa və Ukraynada təşkil olunacaq. Oyunlar Ukraynanın Kiyev, Lvov, Donetsk və Xarkov, eləcə də Polşanın Varşava, Poznan, Vrotslav və Qdansk şəhərlərində baş tutacaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi