Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə dünyanın ən yaxşı futbolçularının adlarını açıqlanıb. Qol.Az-ın məlumatına görə, siyahıya İran milli komandasının sabiq yarımmüdafiəçisi Kərim Bağeri başçılıq edir. Hazırda Tehranın “Persepolis” klubunda çıxış edən Bağerinin aktivində 30416 xal var. İkinci pillədə də İrandan olan futbolçu yer alıb. Bu, Tehranın “İstiqlal” komandasında oynayan və 26178 xala malik Fərhad Məcididir. İlk “10-luq”dakı avropalı futbolçulardan ən yüksək nəticə İspaniyanın “Real” klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştianu Ronalduya məxsusdur. 7-ci pillədə yer alan Ronaldunun cəmi 4442 xalı var. “Barselona”nın və Argentina yığmasının yarımmüdafiəçisi Lionel Messi isə 3900 xalla 10-cudur.
Qeyd edək ki, Kərim Bağeri 1974-cü il fevralın 20-də azərbaycanlıların yaşadığı Təbriz şəhərində anadan olub. O, İranın “Traktorsazi”, “Keşəvarz”, eləcə də Almaniyanın “Arminiya”, İngiltərənin “Çarlton” , Qətərin “Əl-Sədd” və BƏƏ-nin “Əl-Nəsr” klublarında çıxış edib. Bundesliqadakı oyunu sayəsində Bağeri “İran Kantona”sı ləqəbini alıb. 1993-cü ildən çıxış etdiyi İran yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub. Fərhad Məcidi isə 3 iyun 1977-ci ildə İranın paytaxtı Tehranda doğulub. (Lent.az)
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi