“Cüneyt Biçərin “Altay”dan ayrılmasını mən də eşitmişəm. O, orda qalsaydı, mənim üçün də yaxşı olardı. Çünki Biçər oyunçu keyfiyyətlərimə daha yaxşı bələd idi. Ancaq bu o demək deyil ki, qışda “Altay”a keçə bilməyəcəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Futbol+”ə açıqlamasında “Bakı”nın gənc oyunçusu Rəhman Hacıiyev söyləyib.
Vaxtilə “Bakı”nın sabiq məşqçilərindən olan Biçərin transfer olunacağı klubla yollarını ayırmasına münasibət bildirən gənc yarımmüdafiəçi daha sonra bunları dilə gətirib: “Bakı” ilə “Altay” arasındakı anlaşmada Biçərlə bağlı istisna yoxdur. Atam hazırda orda işləməsə də, faktiki işlə təmin olunub. Yəni qışda “Altay”a transferimdə problem ola bilməz”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi