Filippo İnzagi Raulun rekordunu qırdı

Filippo İnzagi Raulun rekordunu qırdı
XƏBƏR 4 Noyabr 2010 / 18:14 2283
-  A +

İtaliyanın “Milan” klubunun futbolçusu Filippo İnzagi Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın “Real” komandası ilə oyunda etdiyi “dubl” sayəsində Avropa kuboklarında vurulan qol sayında vahid liderə çevrilib. Lent.az-ın məlumatına görə, indi “Super Pippo”nun hesabında 112 matçda 70 qol var.
Sonrakı pillələrdə Almaniyanın “Şalke 04” klubunun forvardı Raul Qonsales (137 matçda 69 qol) və “Bavariya”nın sabiq bombardiri Herd Müller (74 matçda 66 qol) qərarlaşıb.
Digər tərəfdən, Filippo İnzagi Çempionlar Liqası tarixində ən yaşlı bombardir olub. “Real”la 3 noyabr görüşünədək o, 37 yaş 86 günündə idi. Beləliklə, İnzagi “İnter”in kapitanı Xavyer Zanettini arxada qoyub. Zanetti 3-cü turda “Tottenhem”in qapısından qol keçirərkən, 37 yaş 71 günündə olub.
Qeyd edək ki, “San Siro” stadionunda keçirilmiş qarşılaşmada “Milan” “Real”la heç-heçə edib – 2:2.


Son xəbərlər