“Qarabağ” Unibank Premyer Liqasının 12-ci turunun MOİK-lə oyununa hazırdır. Qol.Az-ın məlumatına görə, sabah ikinci dövrənin açılış turunda MOİK-i qəbul edəcək Ağdam təmsilçisi hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda 14:00-da baş tutacaq qarşılaşmada komandanın tək hədəfi qalibiyyətdir. Baxmayaraq ki, Qurban Qurbanovun ixtiyarındakı 5 futbolçunun meydana çıxmayacağı dəqiqdir. Əfran İsmayılov və Samir Abasov trenajor zalında məşqlə kifayətlənir. Andrey Rubins və Emin İmaməliyev isə fərdi məşqlər edirlər. Maksim Medvedyevin isə məcburi istirahəti davam edir.
Xatırladaq ki, bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə Ağdam təmsilçisi Adamiyanın qolu ilə 1:0 hesablı qələbə qazanmışdı.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi