"Neftçi" Unibank Premyer Liqasının 12-ci turunun oyununda noyabrın 6-da "İnter"lə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, bu çətin qarşılaşma ərəfəsində flaqmanın təcrübəli futbolçusu Elmar Baxşiyev oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi" 5 ildir turnir cədvəlinin zirvəsində qərarlaşa bilmirdi. Ancaq klubun yeni prezidenti Sadıq Sadıqovun gəlişindən sonra komanda yenidən quruldu, heyətə yeni futbolçular cəlb olundu. Düşünürəm ki, bu tempdə davam etsək, sonda çempionluğu biz qazanacağıq. "İnter"lə qarşıdakı oyuna gəldikdə isə deyə bilərəm ki, rəqibimiz iddialı klubdur. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, Premyer Liqada asan rəqib yoxdur. Hər oyunumuz gərgin, lakin eyni zamanda, maraqlı keçir. Bütün gücümüzü ortaya qoyub, qələbə qazanacağıq".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi