Güləşçimiz ermənini məğlub edib komandasını çempion etdi

Güləşçimiz ermənini məğlub edib komandasını çempion etdi
XƏBƏR 21 Dekabr 2021 / 18:30 1895
-  A +

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Qol.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb. Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub. Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner