“Neftçi” ilə Türkiyənin “Qalatasaray” klubu arasında yoldaşlıq oyunu keçiriləcək. Qol.Az-ın məlumatına görə, bu haqda Türkiyə klubunun idman direktoru Adnan Sezgin məlumat verib. Hazırda ölkəmizdə səfərdə olan “sarı-qırmızılı” klubun rəsmisi bildirib ki, oyun hər iki ölkə çempionatında fasilə yarandığı vaxtda baş tutacaq. Bu isə gələn ilin yanvar ayına düşür. Həmin dövrdə “Neftçi” Antalyaya təlim-məşq toplanışına yollanacaq ki, elə yoldaşlıq görüşü də məhz orda, təxminən ayın 7-10-u aralığında baş tutacaq.
Lakin Türkiyə və Azərbaycan klubları Bakıda da sınaq matçı keçirmək haqda razılıq əldə ediblər. Bu oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Təxmini olaraq həmin oyunun da gələn ilin əvvəlində oynanılması nəzərdə tutulsa da, dəqiq tarix müəyyənləşməyib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi