"Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi" - Joze Alesio

"Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi" - Joze Alesio
XƏBƏR 19 Dekabr 2021 / 20:55 1344
-  A +

 “Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, çalışdıq bu dəfə həmin səhvləri etməyək. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesia Da Silva Ukraynaya 1:5 hesabı ilə uduzduqları yoldaşlıq oyununu şərh edərkən deyib.

"İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı” - deyə o bildirib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner