Zədədən sonra tam bərpa olunan “İnter”in kapitanı, millimizin də şərəfini qoruyan Vladimir Levin klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu “Simurq”la son qarşılaşmadan danışarkən, qarşıdakı “Neftçi” ilə paytaxt dueli haqda da fkirlərini bölüşüb.
- “Simurq”la matç kifayət qədər mürəkkəb alındı. İkinci qolun vurulması oyunu yüngülləşdirə bilərdi, lakin top inadla qapıdan keçmədi. Bununla belə, əsas vəzifəni - qələbə qazanmaq tapşırığını yerinə yetirdik. Bu isə sevindirməyə bilməz.
- Uzun fasilədən sonra meydana çıxdın. Hansısa narahatlıq hiss etdinmi?
- Bəli, bir qədər qeyri-adi gəldi, axı, 3 ay oynamamışdım. Amma düşünürəm ki, hər keçən gün itirilmiş formamı bərpa edəcəyəm və özümün ən yaxşı kondisiyalarıma yaxınlaşacağam.
- Zədədən sonra bərpa prosesin uzun sürdü. İndi bütün bunlar arxada qaldı?
- Bəli, indi hər şey qaydasındadır, zədə məni narahat etmir. Bu problemlər keçmişdə qaldı.
- Qarşıda “İnter”i çempionatın lideri ilə - “Neftçi”ylə matç gözləyir. Növbəti oyun barədə nə deyə bilərsən?
- Bizi prinsipial matç gözləyir. Əminəm ki, oyun çox ağır olacaq. Bizə uduzmaq olmaz, axı, məğlub olduğumuz təqdirdə “Neftçi” bizdən düz 7 xal uzaqlaşacaq. Bu isə kifayət qədər sanballı üstünlükdür. Qalib gəlməyə, ən azından uduzmamağa çalışacağıq.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu