İtaliya A Seriyasında çıxış edən “Fiorentina” klubunun əsas qapıçısı Sebastyan Frey zədələnərək, bu mövsümü vaxtından əvvəl başa vurub. Qol.Az-ın məlumatına görə, dünən komandası ilə məşqə çıxan fransız qapıçı ayağından ciddi zədə alaraq komandasını pis vəziyyətdə qoyub. Bu gün aparılan tibbi yoxlama isə Freyin ayaq bağlarında ciddi yırtığın əmələ gəldiyini təsbit edib. Belə olan təqdirdə isə təcrübəli qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq. Komandada Freyin əvəzinə Artur Boruç kimi təcrübəli bir qapıçı olsa da, “Fiorentina” rəhbərliyinin qış transfer dönəmində daha bir qapıçı ilə anlaşacağı gözlənilir.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi