Futbol üzrə Çernoqoriya milli komandasının kapitanı Mirko Vuçiniç ata olub. Lent.az-ın “Sky Sports 24” telekanalına istinadən verdiyi məlumata görə, İtaliyanın “Roma” klubunda çıxış edən hücumçunun rəfiqəsi Stefaniya ilə uzunmüddətli münasibətlərindən Aleksandr adlı oğlu dünyaya gəlib.
27 yaşlı futbolçunun övladı İtaliyanın Leççe şəhərində doğulub. Vuçiniç məhz bu şəhərin eyniadlı komandasında 2001 – 2006-cı illərdə oynayıb. O, Stefaniya ilə elə o vaxtdan görüşürmüş. Çernoqoriyalı forvardın ata olacağı ərəfədə “Roma” İtaliya çempionatı matçında “Leççe” ilə üz-üzə gəlib. “Canavarlar”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birini elə Vuçiniç vurub. O, qol sevincini əlini qarnının üstündə gəzdirməklə qeyd edib.
Vuçiniç xoş xəbər aldıqdan sonra isə “Roma” rəhbərliyindən cəmi bir günlük icazə istəyib. Çünki komandası İsveçrənin “Bazel” klubu ilə Çempionlar Liqası matçına yollandığından, onun çox da vaxtı olmayıb. “Bazel” – “Roma” matçı noyabrın 3-də olacaq.
Qeyd edək ki, Çernoqoriya yığması noyabrın 17-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək. Mirko Vuçiniç də bu oyuna dəvətlilər sırasındadır.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu