“Qarabağ” Unibank Premyer Liqasının cari mövsümündə tam qənaətbəxş çıxış edə bilmir. Qol.Az-ın məlumatına görə, çempionatın startından bəri komandanı təqib edən zədə sindromu bu gün də 5 futbolçunun xidmətindən yararlanmağa imkan vermir. Komandaya transfer pəncərəsinin bağlanmasına bir gün qalmış gələn Devran Ayhan da uzun müddət zədəylə bağlı problemlərlə üzləşdi. “Simurq”la oyunda rəsmi olaraq debüt edən türkiyəli yarımmüdafiəçi özəlliklə, “Bakı”yla qarşılaşmada əla oyunla diqqəti cəlb etmişdi. Devran klubun saytına verdiyi açıqlamada son oyunlar və gələcək perspektivlər barəsində danışıb: “Qarabağ”a yeni gələndə zədələnməyim heç yerinə düşmədi. Daim öz üzərimdə çalışaraq zamanımı gözləyirdim. Hazır olmağım üçün vaxta ehtiyac vardı. Komanda avrokuboklara erkən başladığı üçün müəyyən enişin olması normaldır. Amma getdikcə oyunumuzu tapırıq. Get-gedə daha yaxşı oynayacağıq. Hal-hazırda qərarlaşdığımız 5-ci pillə bizə qane etmir. Üstəlik, zədəli futbolçularımızın çoxluğu da öz sözünü deyir. Amma əmin ola bilərsiz ki, tezliklə daha yuxarılara qalxacağıq. Mənim özümün “Qarabağ”a uyğunlaşmağıma gəlincə, təbii ki, komandanın hamısının eyni dildə danışması və fikirləşməsi komandanıın ruhunun formalaşması üçün çox önəmlidir. “Qarabağ”da bu baxımdan demək olar ki, vəziyyət idealdır. Ona görə də “Qarabağ”da özümü çox rahat hiss edirəm. İnanıram ki, mövsümün sonunda “Qarabağ”da ən azı bir titul qazanacam.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu