Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının keçirdiyi yoldaşlıq oyunları yerli mətbuatın diqqətindən kənarda qalmayıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın «Mittelbayerische» qəzetində yığmamız barədə yazı dərc olunub. Həmin yazının kiçik hissəsini diqqətinizə çatdırırıq: «Almaniyada keçirilən təcrübə xarakterli təlim-məşq toplanışında Sissi Raytın baş məşqçisi olduğu Azərbaycanın qızlardan ibarət U-15 milli komandası bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. İkinci yoldaşlıq oyununda Azərbaycan təmsilçisi vfb Reqensburqun nəzdindəki həmyaşıd rəqiblərinə 5:0 hesabı ilə qalıb gəlib. Azərbaycan təmsilçisinin qarşıdakı günlərdə də yoldaşlıq görüşləri keçirməsi planlaşdırılır».
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi