«Kocaelispor»un prezidenti: «Rəşad Sadıqov bizdən borcunu istəyə bilər»

«Kocaelispor»un prezidenti: «Rəşad Sadıqov bizdən borcunu istəyə bilər»
XƏBƏR 3 Noyabr 2010 / 13:24 2222
-  A +

Türkiyənin «Kocaelispor» klubunun prezidenti Muammer Çelik bildirib ki, yaxın vaxtlarda son illər komandalarında çıxış etmiş futbolçuların borclarını qaytara bilərlər. «Kocaelispor» serbiyalı futbolçuların borcunu ödəyib. İndi isə bizi başqa çətinliklər gözləyir. Xüsusi üç futbolçunun - Sadıqov, Nsumbo və Akimanın vəkili Mehmet Aygün bizim qarşımızda borcun qaytarılması məsələsini qaldıra bilər» - deyə M.Çelik Türkiyə mətbuatına bildirib.
Xatırladaq ki, millimizin kapitanı Rəşad Sadıqov 2008-2009-cu il mövsümündə «Kocaelispor»da çıxış edib. Futbolçunun özü verdiyi müsahibədə türk klubunun ona 100 min dollardan çox borcu olduğunu bildirib.

Son xəbərlər