“İmarət” fan klubunun üzvləri Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rafiq Məmmədhəsənovun seçicilərlə görüşü zamanı ağdamlıların heysiyyatına toxunan fikirlər səsləndirməsinə etiraz olaraq bəyanat yayıb. Fan klubdan Qol.Az-a daxil olan bayanatda bildirilir ki, R.Məmmədhəsənov Qarabağ münaqişəsi zamanı 6 mindən çox şəhid verən, Qarabağ savaşında misilsiz qəhrəmanlıq göstərmiş, 16 Milli Qəhrəmanı olan bir rayonun 150 mindən çox əhalisini təhqir edib: “Heç bir namizəd bir regionun əhalisinin dəstəyini almaq üçün başqa bir regionla bağlı xoşagəlməz fikirlər işlətməməlidir. Bu, heç kəsə başucalığı gətirmir. Vətənpərvərliyin əsas örnəklərindən sayılan Ağdam kimi rayonun əhalisini torpaqlarını qoyub qaçmaqda ittiham edən bir şəxsin Azərbaycanın qanunverici orqanı Milli Məclisə seçilməsi və deputat kimi Azərbaycan xalqını burada təmsil etməsi yolverilməzdir.
Qarabağ- İMARƏT Fan Klubu olaraq Rafiq Məmmədhəsənovun namizədliyinə xitam verilməsini və barəsində ölçü götürülməsini istəyirik”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi