Unibank Premyer Liqasının XII turunda "Neftçi" komandasının qonağı olacaq son ölkə çempionu "İnter" şənbə günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda məşqlərini Zabrat qəsəbə stadionunda davam etdirir. Bu gün saat 16:00-da planlaşdırılan məşqdə komandanın iki futbolçusu iştirak etməyəcək. Klub həkimləri zədə səbəbindən "Simurq"la oyunda meydana çıxa bilməyən müdafiəçi Danildo Assioli və hücumçu Robertas Poşkusun "Neftçi" ilə oyuna hazırlamağa çalışır.
Qeyd edək ki, "İnter" oyunöncəsi son məşqini cümə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi planlaşdırır.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi