Bu gün Azərbaycanda keçirilən UEFA-nın «Azərbaycanda Kütləvi Futbol» mövzusundakı seminarın iştirakçıları AFFA nümayəndələri ilə birlikdə “Bakı” futbol klubunun qonağı olublar. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolfun rəhbərlik etdiyi 50 nəfərə yaxın heyətlə “Bakı” futbol klubuna təşrif buyuran qonaqlara bazanın imkanları və burada yaradılan şərait barədə ətraflı məlumat verilib. “Bakı” futbol klubunun vitse-prezidentləri Yaşar Seyidov və Zeynal Məmmədov, komandanın baş məşqçisi Vinfrid Şefer qonaqların suallarını cavablandırıblar.
Seminar iştirakçıları 17 yaşlı futbolçular arasında təşkil olunan və AFFA bayrağı altında keçiriln U-17 Azercell liqası “Bakı”-“Qarabağ” təqvim oyununu canlı izləyiblər. Qonaqlara çay süfrəsi açılıb.
A komandanın məşqinin şahidi olan UEFA təmsilçiləri baş məşqçi Vinfrid Şeferdən imza almaq imkanını əldən verməyiblər.
UEFA Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf və klub rəsmiləri futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıblar, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, kütləvi futbolun tarixi barədə fikir mübadiləsi aparıblar.
Cənab Ludolf AFFA-nın və “Bakı” futbol klubunun futbolun keyfiyyətinin artırılması və kütləviliyin təmin olunması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərdə uğurlar arzulayıb.
Beynəlxalq tədbirin iştirakşıları bazanın gəzintisini tamamlayandan sonra gənc futbolçulara uğurlar arzulayıb, xatirə şəkilləri çəkdiriliblər. Bazaya heyran qaldıqlarını gizləyə bilməyən futbol mütəxəssilərinə “Bakı” futbol klubunun suvenirləri və “Toplu Bakı” jurnalının son sayının nüsxələri paylanılıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi