AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin Türkiyə yığmasını minimal hesabla məğlub etməsi qardaş ölkənin mətbuatında hələ də müzakirə edilməkdədir. Qol.Az-ın məlumatına görə, bu dəfə Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Haluk Ulusoy son illər türk futbolunda bir enişin hökm sürdüyü haqda fikirlər səsləndirib: “Mən həmişə Quus Hiddinkin Türkiyə milli komandasına gətirilməsinin əleyhinə olmuşam. Kaş bizim yığmanın baş məşqçisi bir türk olardı. Mən daha çox Fatih Terimin komandada qalmasının tərəfdarı idim. Lakin onun əvəzinə hollandiyalı Hiddinki gətirdilər. Onun Türkiyədə uğur qazanacağına mən də inanmırdım. Hazırda isə millimiz çox acınacaqlı vəziyyətdədir və komandaya olan ümidlərimiz də puça çıxır. Onsuz da məyus olan azarkeşlər getdikcə daha da ümidsizliyə qapılır. Belə ki, Türkiyə yığmasının Almaniya və Azərbaycanda məğlub olması bizim işimizi daha da çətinə salıb. Bizim qrupdan çıxmaq şansımızı isə 50 faiz dəyərləndirirəm. Lakin düşünürəm ki, Avstriya millisinin qrupdan çıxmaq şansı daha yüksəkdir”.
İki dəfə Türkiyə Futbol Federasiyasına rəhbərlik edən Haluk Ulusoy daha sonra bunları deyib: “Mən federasiyada işlədiyim vaxt Türkiyə millisi 251 ölkə arasında FİFA-nın reytinqində 5-ci pillədə idi. Daha sonra yenidən bu vəzifəyə qayıtdıqda isə Türkiyə yığması 37-ci pilləyə yuvarlanmışdı. Lakin bununla belə, mən komandanı 13-cü pilləyə qədər yüksəltməyi bacardım. Hazırda isə Türkiyə millisi 29-cu pillədə qərarlaşıb. Bir sözlə, türk futbolunun uçuruma doğru getdiyi danılmaz bir faktdır”.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu