Son ölkə çempionu “İnter”in çalışdırıcısı Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gürcü baş məşqçi “Simurq”la son oyun, birinci dövrənin nəticələri haqqında fikirlərini bölüşüb və son oyunsonrası mətbuat konfrasında baş vermiş xoşagəlməz hadisəyə toxunub.
- “Simurq”la matç barəsində danışardınız? Oyunun keyfiyyətindən razı qaldınızmı?
- Komandaların səviyyələri arasında böyük fərq vardı. Bunu oyundan da görmək olardı. Biz oyuna nəzarət edə bildik. Oyunun təşkilindən razıyam. Bu gün oyunu araşdırdım və komandamızın yaratdığı düz 10 qol vəziyyətini sadaladım. Buna baxmayaraq, oyun 1:0 hesabıyla başa çatdı. Əlbəttə ki, bundan razı qalmadım. Mənim hücum planında oynayan oyunçulara böyük iradım var. Bununla bağlı mütləq danışacağıq və bu məsələ üzərində işləyəcəyik. AZAL ilə uğursuz oyun istisna olmaqla, keçirdiyimiz 10 qarşılaşmada cəmi 3 qol buraxmışıq. Bu, komandamızın gücündən və etibarlı müdafiəsindən xəbər verir. Özü də əsas futbolçuların zədələnmələri üzündən tez-tez yerdəyişmələrə əl atdığımız halda belə nəticəyə nail olmuşuq. Amma hücumda hər şey heç də yaxşı deyil. 11 oyunda cəmi 9 qol vurmuşuq.
- Belə aşağı realizasiyanı nə ilə əlaqələndirirsiniz?
- Bilmirəm. Hər şeydən əlavə burada həm bəxt, həm də uğur faktorları mövcuddur. “Simurq”la qarşılaşmada top inadla qapıdan keçmirdi. Burada söhbət heç də futbolçuların səviyyəsindən getmir, səviyyə ilə bağlı onlara iradım yoxdur. Onların hamısı kifayət qədər usta futbolçulardır, sadəcə, uğur bizdən üz döndərib.
- Bəs, zədələrlə bağlı vəziyyət necədir?
- Son zamanlar bu problem bizi bərk narahat edir. Özü də onlar sadə əzələ zədələri deyil, bununla bağlı şikayətimiz yoxdur. Çox hallarda zədələr baldırla pəncəni birləşdirən hissələrdə baş verir. Bu, bizi çox narahat edir. Biz komandaya çox yaxşı öyrəşən və nə istədiyimi tez anlayan qiymətli oyunçi Filip Despotovskini itirdik.
- Çempionatın birinci dövrəsi başa çatdı. Nəticələri necə qiymətləndirirsiz?
- Səmimi deyəcəm, “Gəncə” və AZAL ilə oyunlarda məğlubiyyət bizim üçün tamamilə gözlənilməz oldu. Bundan başqa, etiraf etməyə bilmərəm ki, “Neftçi” bizi bütün hallarda üstələdi. Ümumilikdə sadaladığım problemləri, yəni ilk növbədə zədələri və zəif realizasiyanı nəzərə almasaq, birinci dövrə heç də pis alınmadı.
- Oyunsonrası mətbuat konfransında baş vermiş xoşagəlməz hadisəyə toxunmamaq olmur...
- Mən anlayıram ki, məşqçiləri tənqid etmək olar, lakin tənqid obyektiv olmalıdır. Həmin jurnalist başlanğıcdan kifayət qədər aqressiv köklənmişdi. O, oyuna tamamilə aidiyyatı olmayan futboldan kənar suallar verdi. Bu isə ciddi deyil! O, Hacıyevskidən soruşdu ki, nəyə görə “Simurq”un “İnter”dən icarəyə götürdüyü 4 futbolçu meydana çıxmadı. Hacıyevski onun səhvini düzəldərək, 4 yox, 3 futbolçu dedi. Axı, Əli Bağırov oyunda iştirak etmişdi. Mən gülümsəyərək belə dedim: “Siz hətta protokolla tanış olmadan oyunu araşdırmağa gəlmisiz”. Sonra soruşmağa başladı ki, “Orada kimsə nəsə deyir” və s. və i. Mən də cavab verdim: “Cavan oğlan-bu, ciddi deyil”.
Hamı deyir ki, mən tənqidi anlamıram, amma bu, belə deyil. Bəs, onlar tənqidi necə qəbul edirlər? Bəyəm, bu normaldır ki, jurnalist heyətdə kimin oynadığını bilmir? Bundan başqa, hadisə ilə bağlı deyilənlər tamamilə yalandır. Allaha şükür, mətbuat konfransında mənim sözlərimi lentə alan kameralar var. Baş vermiş hadisəni doğrudan da araşdırmaq istəyən şəxs varsa, lentə baxa və məsələyə aydın qiymət verə bilər.
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif
Afrika Millətlər Kubokuna qələbə ilə başladılar - Video
"Atletiko" onu icarəyə verdi
Futbolçu oyun zamanı vəfat etdi
PSJ-nin gözü “Real”ın futbolçusunda
Azərbaycanda futbolçular arasında dava düşdü - Video
Dünyanın ən bahalı idman klubu yenə onlar oldu
"Zirə"nin futbolçusu Millətlər Liqası oyununa çıxdı
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər