“Son oyunumuz çox ağır keçdi. Özünüz də gördünüz ki, “Bakı” bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı. Çünki bu oyun onlar üçün son şanslardan biri idi. Mətbuatda yazırdılar ki, “Bakı” bizi məğlub edəcək, ancaq özümüzü toparlayıb bütün gücümüzlə oynadıq və bunun nəticəsi idi ki, qələbə qazanaraq liderliyi əldən vermədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Rauf Mehdiyev söyləyib.
Unibank Premyer Liqasının son turunda keçirilən “Bakı”yla paytaxt derbisində komandasının qapısını qoruyan və matçın gedişində zədələnən futbolçu bu haqda da danışıb: “Zədəmə gəldikdə isə qarşılaşmada rəqibin braziliyalı hücumçusu Jaba ilə toqquşarkən, dizim onun dizinə dəydi və ayağımda ağrılar hiss etdim. Həkim muayinəsindən keçdim. Ciddi bir şey yoxdur. Sabahdan etibarən komanda ilə məşqlərə başlayacam”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi