Noyabrın 17-də millimizlə beynəlxalq yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaq Çernoqoriya yığmasının heyəti açıqlanıb. Qol.Az-ın Çernoroqiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Zlatko Krançar millimizlə oyuna 22 futbolçu çağırıb. Xorvatiyalı mütəxəssisin bir sıra aparıcı oyunçularla yanaşı, komandanın lideri, İtaliyanın “Roma” klubunda top qovan Mirko Vuçiniçi yığmamızla oyuna çağırmayacağı gözlənilsə də, baş məşqçinin qərarı fərqli olub.
Qapıçılar: Mladen Bojoviç (“Fehervar”, Macarıstan), Srcan Blajiç (“Standard”, Belçika);
Müdafiəçilər: Savo Paviçeviç (“Makkabi”, Təl-Əviv, İsrail), Marko Başa (“Lokomotiv, Rusiya), Miodraq Cudoviç, Milan Yovanoviç (hər ikisi “Spartak”, Nalçik, Rusiya), Stefan Saviç (“Partizan”, Serbiya), Yarko Tomaşeviç (“Nasional”, Portuqaliya), Radoslav Batak, Luka Pejoviç (hər ikisi “Moqren”);
Yarımmüdafiəçilər: Milorad Pekoviç (“Qroyter”, Almaniya), Elsad Zverotiç (“Lütsern”, İsveçrə), Mitar Novakoviç (“Amkar”, Rusiya), Vladimir Bojoviç (“Rapid”, Rumıniya), İvan Fatiç (“Çezena”, İtaliya), Simon Vukçeviç (“Sportinq”, Portuqaliya), Mladen Kascelan (“Yagelloniya”, Polşa).
Hücumçular: Mirko Vuçiniç (“Roma”, İtaliya), Radomir Daloviç (“Rieka”, Xorvatiya), Fatoş Beçiray (“Dinamo”, Xorvatiya), Andrija Delibaşiç (“Rayo Vallekano”, İspaniya), Dejan Damyanoviç (“Seul”, Cənubi Koreya).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi