Bu gün Bakıda UEFA-nın «Azərbaycanda Kütləvi Futbol» mövzusunda seminarı başlayıb. Qol.Az-ın məlumatına görə, noyabrın 4-ə qədər davam edəcək seminarı giriş sözü ilə AFFA-nın baş katibi Elxan Məmmədov açaraq tədbir iştirakçılarını salamlayıb, bu tədbirin Bakıda keçirilməsinə şərait yaratdığına görə UEFA rəhbərliyinə minnətdarlığını bildirib. Baş katib çıxışında bildirib ki, son illər Azərbaycanda futbolun kütləviliyinin artırılması istiqamətində bir çox tədbirlər görülüb, müxtəlif layihələr həyata keçirilib. Bu barədə AFFA-nın əməkdaşlarının daha ətraflı məlumat verəcəyini qeyd edən Elxan Məmmədov seminar iştirakçılarına uğurlar arzulayıb.
Sonra UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf çıxış edərək futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıb, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq olunan proqramlar barədə məlumat verib, kütləvi futbolun tarixi barədə seminar iştirakçılarını məlumatlandırıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi