Ölkə kubokunun son qalibi “Bakı” kamerunlu futbolçusu Joel Epalle haqda yayılan xəbərlərə rəsmi mövqeyini bildirib. Qol.Az-ın məlumatına görə, İndiyə qədər mətbuat kamerunlu futbolçuda xroniki zədənın olmasını iddia edirdisə, ötən gün paytaxt klubunun sabiq vitse-prezidenti Nail Əliyev daha ciddi ittihamlar səsləndirib. Epallenin kluba zədəli gəldiyini, onun müayinədən keçirilmədiyini bildirən Nail Əliyev klub rəsmilərinin istefasını tələb edib. Lakin bu xəbərlərə biganə qalmayan və klubun rəsmi saytı vasitəsilə bəyanat yayan “Bakı” rəhbərliyi öz münasibətini açıqlayıb. Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Bakı” futbol klubu komandamızın üzvü Joel Epalle barədə yayılan xəbərlərə rəsmi münasibətini açıqlayır. Şübhəsizdir ki, komandamızın kamerunlu yarımmüdafiəçisi Joel Epalle böyük futbol karyerasına malik bir oyunçudur. 20 ilə yaxın karyeraya malik istedadlı futbolçu 2002-ci il Dünya Kubokunun iştirakçılarından biridir. Kamerun milli komandasının heyətində 35-dən artıq oyun keçirib. 2000-ci il Sindey olimpiya oyunlarının qalibidir. Uzun iilər Avropada çıxış edən futbolçu 2007-2010-cu illər Almaniya Bundesliqasında çıxış edib. Razılaşaq ki, Joel Epalle kimi futbolçunun hər hansı bir Azərbaycan klubunun formasını geyməsi, Azərbaycan Premyer Liqasında oynaması bütün ölkə futbolsevərləri üçün böyük hadisədir. Belə bir futbolçunun klubumuza transfer olunması adi hadisə deyil.
Təəssüf ki, son günlər “Bakı” futbol klubunun və klubumuzun üzvü Joel Epallenin izgüzar fəaliyyətini şübhə altına salmağa yönələn qeyri-dəqiq məlumatlar yayılır. Bununla əlaqədar “Bakı” futbol klubu bildirir ki, mətbuatda Joel Epallenin zədəli olaraq klubumuza transfer olunması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Joel Epalle “Bakı” futbol klubuna 2010-cu ilin iyul ayında transfer olunub və komandamızın 26 iyun-09 iyul 2010-cu il tarixlərində Bittburqda (Almaniya) keçirdiyi təlim-məşq toplantısında iştirak edib. Epalle 06 iyul 2010-cu il tarixdə “Bakı”nın Lüksemburq çempionu “Jenes Eş” klubu ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib.
Bu zədə professor L. Roslavski (Dr. L.Roslawski) tərəfindən qeydə alınıb və zədənin səbəbi kimi ayağa endirilən zərbə göstərilib. Joel Epalle 28 sentyabr 2010-cu il tarixdə Arzt för Chirurgie/ Unfallchirurgie Durchgangsarzt klinikasında əməliyyat olunmuşdur. Futbolçumuzu müalicə edən alman professor L. Roslavski klubumuza Joel Epallenin zədəsi, müvəffəqiyyətli əməliyyatı və bərpa prosesi ilə bağlı ətraflı raport təqdim etmişdir.
“Bakı” futbol klubu Joel Epalle ilə bağlı bütün məsələlərə aydınlıq gətirilməsini arzulayır, dəqiqləşdirilməmiş xəbərlərin yayılmasından narahatlığını ifadə edir. Joel Epallenin “Bakı” futbol klubuna transferi, onun zədələnməsi barədə daha ətraflı məlumat əldə etmək istəyində olan ictimaiyyət və media nümayəndələrinin müraciəti əsasında rəsmi sənədlərlə ətraflı izahat veriləcəkdir”.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı