Türkiyə Superliqasında 10-cu turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə doğma azarkeşləri qarşısında oynayan autsayder “Konyaspor” iddialılardan “Trabzonspor”u qəbul edib. Qaradəniz təmsilçisi hesabda geri düşsə də, sonradan özünü toparlayıb və çətin səfər qələbəsini rəsmiləşdirib. Bu əzmkar qələbə trabzonluları ikinci pilləyə çıxarıb.
Xatırladaq ki, bu tur həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” ilə “Ankaragücü” arasında Qaziantepdə keçirilmiş qarşılaşma qolsuz başa çatıb. İstanbulda baş tutmuş “Qalatasaray” - “Antalyaspor” qarşılaşması isə məhsuldar alınıb. Frank Raykaardın istefaya göndərilməsindən sonra baş məşqçi George Haci ilə anlaşan “sarı-qırmızılılar” rumıniyalı mütəxəssisin rəhbərliyində əzəli rəqibi “Fənərbaxça” ilə səfər qarşılaşmasından bir xalla dönmüşdü. Bu dəfə isə Hacinin yetirmələri doğma meydanda “Antalyaspor” üzərində qazanılan qələbəyə seviniblər. Lider “Bursaspor” ilə “Fənərbaxça”nın heç-heçə oynaması bu matçı daha da prinsipial hala gətirmişdi. Qazanılan qələbə ilə hesabındakı xalları 16-ya çatdıran “Qalatasaray” lider “Bursaspor” ilə xal fərqini 8-ə endirib.
Türkiyə Superliqası
10-cu tur
29 oktyabr
“Bursaspor” – “Fənərbaxça” - 1:1
Qollar: İvan Ergiç, 51 - Semih, 17
30 oktyabr
“Eskişəhərspor” – “Ankaragücü” – 0:0
“Qaziantepspor” – “Karabükspor” – 0:0
“Qalatasaray” – “Antalyaspor” – 2:1
Qollar: Sərvət, 31. Pino, 34 – Musa, 55
31 oktyabr
“Gənclərbirliyi” – “Manisaspor” – 2:0
Qollar: Çalık, 34. Zek, 53.
“Kasımpaşa” – “Kayserispor” – 1:2
Qollar: Martin, 10 – Salayeta, 13. Amisulaşvili, 41.
“Bucaspor” – “İstanbul BB” – 0:2
Qollar: Akın, 76. Köşe, 81.
“Beşiktaş” – “Sivasspor” – 2:1
Qollar: Bobo, 5. Uysal, 23 – Pedriel, 67.
1 noyabr
“Konyaspor” – “Trabzonspor” – 1:2
Qollar: Yavuz, 30 – Bulut, 34. Qorxmaz, 70.
Matçın 89-cu dəqiqəsində “Konyaspor”dan Ege qırmızı vərəqə alıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi