İtaliya A Seriyasında çıxış edən “Sampdoriya” klubunun əsas futbolçularından olan Antonio Kassano komandadan qovulub. Qol.Az-ın məlumatına görə, “Sampdoriya” klubunun prezidenti Rikardo Qarrone İtaliya millisinin də şərəfini qoruyan futbolçunun klubla olan müqaviləsini ləğv edib. Belə ki, Kassano həyat yoldaşının hamilə olması səbəbindən ona baxmaq məcburiyyətində qaldığı üçün klub prezidenti Rikardonun təşkil etdiyi ziyafət məclisində iştirak edə bilməyib. Kassanonun məhz bu hərəkəti onun komandadan qovulması ilə nəticələnib. İtalyan oyunçunun bu qərara hüquqi yollarla etiraz etməsi gözlənilsə də, Kassano özünü yalnız sözlə müdafiə etməklə kifayətlənib.
Qeyd edək ki, Kassano daha öncə İtaliya millisinin baş məqçisi Marçello Lippi və “Roma”da çıxış etdiyi vaxt Fabio Kapello ilə də mübahisə etmişdi.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi