“Qarabağ” Unibank Premyer Liqasının növbəti turunda qarşılaşacağı MOİK-lə oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, “Xəzər Lənkəran”la oyundan sonra komanda dərhal ikinci yarının ilk turundakı oyunun çalışmalarına start verib. Dünən bazada cənublularla oyunda meydanda olmayan və 90 dəqiqə mübarizə aparmayan futbolçular məşq edib. Bu gündən isə “Qarabağ” tam heyətlə məşqlərə başlayıb.
Heyətdəki 5 zədəli futbolçu hələ də komandaya qoşula bilmir. Əfran İsmayılovun durumu məlum olsa da, Emin İmaməliyev və Maksim Medvedyev “Xəzər Lənkəran”la oyundan əvvəl yenidən sıradan çıxıb. Samir Abasovun isə boyun fəqərələrində problem var.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi