Türkiyəli FİFA referisi Cüneyt Çakır ÇL-in daha bir qarşılaşmasına təyinat alıb. Qol.Az-ın məlumatına görə, təcrübəli hakim bu dəfə “Çelsi”-“Spartak” qarşılaşmasında əsas söz sahibi olacaq. Bu matç onun bu mövsüm ÇL-dəki ikinci qarşılaşması olacaq. Belə ki, o, daha öncə bu il keçirilmiş “Rubin” - “Barselona” matçını idarə etmişdi. Noyabrın 3-də “Stemford Bric”də keçiriləcək qarşılaşmada ədaləti qorumalı olan Cüneyt Çakır FİFA-nın “A” kateqoriyalı 28 hakimindən biridir. Bu qarşılaşma onun beynəlxalq arenada ümumilikdə 7-ci sınağı olacaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi