Hakimliyin səviyyəsinin artırılması məqsədilə İsveçrənin Nyon şəhərində UEFA-nın hakimlik üzrə təcrübə artırma mərkəzində (Centre of Refereeing Excellence (CORE) seminar keçirilir. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, seminarda milli dərəcəli hakimlər – Əliyar Ağayev, Yaşar Abbasov və Coşqun Həsənov iştirak edir.
Tədbirin keçirilməsində əsas məqsəd hakimlərin nəzəri biliklərini, oyunu nəzarətdə saxlamaq bacarığını, fiziki hazırlığını və ingilis dili biliyini yoxlamaqdır. Seminarın proqramına praktiki məşğələlər, psixoloji hazırlıq, həmçinin Fransa və İsveçrə çempionatlarında oyun idarə etmək daxil olunub. Seminarda iştirak edən hakimlərimizin qeyd olunanlarla bağlı hazırlığı yüksək qiymətləndirilib. Kurslarda iştirak edən hakimlər arasında ilk oyun idarəçiliyi də məhz Azərbaycanı təmsil edən hakimlərə həvalə olunub. Əliyar Ağayev Fransanın 3-cü divizionunda keçirilən oyunda meydana baş hakim kimi çıxıb. Ona Yaşar Abbasov və Coşqun Həsənov kömək ediblər.
UEFA İcraiyyə Komitəsi tərəfindən təsdiqlənmiş CORE proqramının direktoru İvan Kornu, kursların rəhbərləri isə UEFA Hakimlər Komitəsini təmsil edən Yap Uylenberq və Devid Ellerdir. Seminarı müvəffəqiyyətlə başa vuran hakimlər UEFA CORE diplomu ilə təltif ediləcəklər.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı