Türkiyə millisinin baş məşqçisi Qus Hiddink kimi, “ay-ulduzlular”ın oyunçuları da yığmamıza məğlubiyyəti tez-tez gündəmə gətirirlər. Qol.Az-ın məlumatına görə, bu arada “Fənərbaxça”nın futbolçusu Özər Xurmaçı da mətbuata verdiyi açıqlamada Azərbaycanla matç barədə fikirlərini bildirib. Bakıdakı məğlubiyyətin ağır olduğunu dilə gətirən Özər daha sonra bunları söyləyib: “Ən önəmlisi budur ki, hər matçı ayrı-ayrılıqda düşünək. Bu zaman hər bir komandanı məğlub etməyə qadir olacağıq. Almaniya ilə qarşılaşmaya hələ çox var, ancaq onları Türkiyədə məğlub edəcəyimizə inanıram. Həm özümə, həm də komanda yoldaşlarıma güvənirəm. Əsas odur ki, bir daha Azərbaycan kimi rəqiblərə qarşı xal itkisi ilə üzləşməyək. Son oyunlara qədər Almaniya ilə xallarımız yaxın olsa, almanlar Türkiyəyə çəkinərək gələcəklər. Qrupun qalibi olmaq və ya ikinci sırada bitirmək mümkün görünür”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi